Azərbaycanda "portfel təminatı mexanizmi" çərçivəsində 360 sahibkarın kreditinə zəmanət verilib

Maliyyə
  • 20 fevral, 2026
  • 11:31
Azərbaycanda portfel təminatı mexanizmi çərçivəsində 360 sahibkarın kreditinə zəmanət verilib

İpoteka və Kredit Zəmanət Fondu indiyə qədər "portfel təminatı mexanizmi" çərçivəsində 360 sahibkarın 5,33 milyon manat kreditinə 4 milyon manatlıq zəmanət verib.

Bunu "Report"a müsahibəsində Fondun Kredit Zəmanət Departamentinin direktoru Elşən Kərimov bildirib.

Onun sözlərinə görə, verilmiş kreditlərin orta məbləği 5-15 min manatdır.

"Onlar əsasən kənd təsərrüfatı, tikinti sektoru, turizm, ticarət, logistika və xidmət sektoruna yönəldilib", - deyə Fond rəsmisi qeyd edib.

Xatırladaq ki, "Portfel təminatı mexanizmi" çərçivəsində kredit portfelinə daxil olan kreditin məbləği 5 000 manatdan az və 50 000 manatdan çox, kreditin illik faiz dərəcəsi 25 %-dən yüksək, kreditin müddəti 3 aydan az və 3 ildən çox, kredit üzrə güzəşt müddəti 12 aydan artıq olmamalıdır. Fondun verdiyi zəmanət isə 75 % həcmində müəyyən edilib.

"Ənənəvi kredit zəmanət mexanizmində olduğu kimi "portfel təminatı mexanizmi"ndə də Fondla Çərçivə Müqaviləsi bağlamış 17 müvəkkil bankla əməkdaşlıq edilir", - deyə departament direktoru əlavə edib.

E.Kərimovla müsahibəni buradan oxuya bilərsiniz.