Azərbaycanda ödəniş kartlarının sayı 20 %-dək artıb
- 29 yanvar, 2022
- 11:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il yanvarın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 11 milyon 040 min ədəd təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 1,7 %, yanvarın 1-nə nisbətən 19,6 % çoxdur.
O cümlədən, son 1 ildə ölkədə debet kartlarının sayı 81,5 % artaraq 37,083 milyona, kredit kartlarının sayı isə 41,1 % artaraq 4,965 milyona çatıb. Bu kartlar üzrə dövriyyənin həsmi isə müvafiq olaraq 4,074 milyon manat (illik müqayisədə 37,8 % çox) və 278 milyon manat (37,6 % çox) təşkil edib.
Ötən il kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 11,172 milyard manat təşkil edib. Bu, illik müqayisədə 83 % çoxdur.
Həyata keçirilən nağdsız ödənişlərin 7,208 milyard manatı elektron ticarətin, 3,927 milyard manatı POS-terminalların, 37 milyon manatı isə ATM-lərin payına düşür.
Dekabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 34,6 %-ni təşkil edib.
Ötən ilin sonuna bankomatların sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 7,1 %, POS-terminalların sayı 6,7 % artıb. Hal-hazırda bankomatların sayı 2 907 ədəd, onlardan Bakı üzrə 1 560 ədəd təşkil edir, POS-terminalların sayı isə 60 936 ədəddir (Bakı üzrə - 58 820).
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə qiqantları Azərbaycan banklarınan da əməkdaşlıq edir.