Azərbaycanda nağdsız ödənişlərin məbləği 2 dəfəyə yaxın artıb

Maliyyə
  • 02 mart, 2024
  • 13:57
Azərbaycanda nağdsız ödənişlərin məbləği 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar ayında Azərbaycanda nağsız əməliyyatların məbləği 2023-cü ilin eyni dövrü ilə müqayisədə 90 % artaraq - 5 milyard 032 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 4 milyard 094 milyon manatı elektron ticarətin payına düşüb.

Qalan məbləğin 930 milyon manatı POS-terminallar, 7 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının həcminin 63,1 %-ni təşkil edib.

Bu il fevralın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 17 milyon 241 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 1,9 %, ötən il fevralın 1-i ilə müqayisədə isə 24,4 % çoxdur.

Son 1 ildə ölkədə debet kartlarının sayı 25 % artaraq 15,003 milyona, kredit kartlarının sayı isə 20,7 % artaraq 2,238 milyona çatıb. Bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 7,632 milyard manat (illik müqayisədə 54,9 % çox) və 620 milyon manat (52 % çox) təşkil edib.

Hesabat dövründə ölkədə bankomatların sayı 1,3 %, POS-terminalların sayı isə 11,1 % artaraq müvafiq olaraq 3 116 ədəd (Bakı üzrə 1 610 ədəd) və 88 751 ədəd (Bakı üzrə 56 925 ədəd) təşkil edib.

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə qiqantları Azərbaycan bankları ilə də əməkdaşlıq edir.

44 - Tezliklə