Azərbaycanda könüllü sığorta bazarı 15 %-dən çox böyüyüb
- 01 noyabr, 2025
- 09:40
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 881,844 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,2 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 578,475 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 27,2 % çoxdur.
Beləliklə, 9 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 65,6 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 59,4 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 157,254 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 13 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 683,896 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 23,5 % çoxdur.
9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 59,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 54,1 manat olub.