Azərbaycanda istiqraz bazarının təkrar seqmenti avtomatlaşdırılır

Maliyyə
  • 26 avqust, 2026
  • 10:12
Azərbaycanda istiqraz bazarının təkrar seqmenti avtomatlaşdırılır

Bu ilin sonuna qədər "Bakı Fond Birjası" QSC (BFB) istiqraz bazarının təkrar seqmentinin avtomatlaşdırılması istiqamətində yeni funksiyanı işə salacaq.

"Report" xəbər verir ki, bunu BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib.

Onun sözlərinə görə, həmin funksionallıq istənilən investora öz brokeri vasitəsilə birbaşa təkrar bazarda ticarət etməyə imkan verəcək.

"Düşünürəm ki, bu, istiqraz bazarının, xüsusilə korporativ istiqraz bazarının və korporativ istiqrazlar üzərində repo bazarının canlanmasına çox böyük dəstək olacaq", - deyə sədr əlavə edib.

44 - Tezliklə