Azərbaycanda ipoteka kağızlarının yerləşdirilməsi üçün investorlar cəlb ediləcək

Maliyyə
  • 01 may, 2024
  • 13:14
Azərbaycanda ipoteka kağızlarının yerləşdirilməsi üçün investorlar cəlb ediləcək

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) qiymətli kağızlarla əməliyyatlar aparan investorlar axtarır.

“Report” İKZF-ya istinadən xəbər verir ki, xidmətlər üzrə əməliyyatların həcmi 2,4 milyard manat məbləğində proqnozlaşdırılır.

Məlumata görə, investorlar qiymətli kağızlar ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icrasını həyata keçirəcək. Həmçinin investorların göstərdiyi xidmətlər “Qiymətli kağızlar bazarı haqqında” qanunun və Azərbaycan Mərkəzi Bankının 31 avqust 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın tələblərinə cavab verməlidir.

İpoteka və Kredit Zəmanət Fondunun qiymətli kağızlarının 3 il müddətinə yerləşdirilməsi planlaşdırılır.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini mayın 31-i, saat 10:00-a qədər Fondun Bakı şəhəri, Bül-bül prospekti, 40 ünvanına təqdim edə bilərlər.
Təkliflərə mayın 31-i, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.