Azərbaycanda ipoteka istiqrazlarının 65 mln. manatlıq emissiyasının ilk tranşı yerləşdiriləcək
- 27 noyabr, 2018
- 11:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 noyabr. REPORT.AZ/ Noyabrın 29-da “Bakı Fond Birjası” QSC-də İpoteka və Kredit Zəmanət Fondunun 25 mln. manat məbləğində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
“Report” Fonda istinadən xəbər verir ki, qiymətli kağızlar 1 000 manatdan satışa çıxarılacaq.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Fondun istiqrazlarının baza emissiya prospektini oktyabrın 26-da dövlət qeydiyyatına alıb. Emissiyanın ümumi məbləği 65 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazlar üzrə illik faiz dərəcəsi isə 3% təşkil edir.
Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə həyata keçiriləcək. Depozitari və sərəncamçı xidmətlərini Milli Depozit Mərkəzi göstərəcək.