Azərbaycanda gələn ildən investisiyalar sığortalana bilər

Maliyyə
  • 21 iyul, 2025
  • 16:13
Azərbaycanda gələn ildən investisiyalar sığortalana bilər

Azərbaycanda investisiyaların sığortalanması ilə bağlı qanun layihəsi müzakirə mərhələsindədir.

Bunu “Report”a açıqlamasında “Paşa Kapital İnvestisiya Şirkəti”nin İdarə Heyətinin sədri Ceyhun Hacıyev bildirib.

Onun sözlərinə görə, sənədin bu ilin sonuna qədər qəbul olunması gözlənilir: "Layihə Əmanətlərin Sığortalanması Fondu, Azərbaycan Mərkəzi Bankı və digər aidiyyəti qurumların iştirakı ilə koordinasiya olunur. Mürəkkəb, lakin olduqca vacib bir təşəbbüsdür”.

C.Hacıyev əlavə edib ki, beynəlxalq maliyyə institutlarının Azərbaycanın kapital bazarına marağı artmaqdadır. Onun sözlərinə görə, Asiya İnkişaf Bankı ilə Avropa Yenidənqurma və İnkişaf Bankı manatla istiqraz buraxılmasını planlaşdırır: “Əgər bu planlar reallaşsa, bu, yerli kapital bazarı üçün çox müsbət siqnal olacaq. Artıq bir sıra ölkələrdə belə təcrübə mövcuddur və Azərbaycanın da bu istiqamətdə addım atması olduqca vacibdir”.