Azərbaycanda fərdi kredit hesabatlarının məzmunu genişləndiriləcək
Maliyyə
- 14 noyabr, 2025
- 14:47
Azərbaycan Kredit Bürolarına təqdim olunan fərdi kredit hesabatlarının məzmunu bu ilin sonuna qədər genişləndiriləcək.
"Report" xəbər verir ki, yeniliklər Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "Maliyyə xidmətləri" indikatoru üzrə hazırlanan 2025-ci il Yol Xəritəsində öz əksini tapıb.
Kredit hesabatlarına çərçivə sazişləri və birgə borcalanlarla bağlı yeni məlumat bölmələrinin əlavə olunması nəzərdə tutulur.
Bundan başqa, hesabatların tərkibində zaminlik öhdəliklərinə dair məlumatların artırılması planlaşdırılır. Bu dəyişikliklər kredit tarixçələri üzrə məlumatların daha dolğun toplanmasına, risklərin qiymətləndirilməsinin dəqiqləşməsinə və maliyyə təşkilatları üçün şəffaflığın yüksəldilməsinə xidmət edəcək.
Son xəbərlər
22:27
"Avropa üçlüyü"nün liderləri İrandakı vəziyyəti müzakirə ediblər
Digər ölkələr22:14
Aİ ölkələri MERCOSUR ilə azad ticarət sazişinin imzalanmasına səs verib
Digər ölkələr22:05
Foto
Tbilisidə "Kidobani" ticarət mərkəzində baş verən yanğın söndürülüb - YENİLƏNİB
Region22:01
Dyökereş Premyer Liqada 16 saatdan çoxdur, açıq oyunda qol vura bilmir
Futbol22:01
Düjarrik: BMT İranda baş verən hadisələri yaxından izləyir
Region21:56
İran və Ermənistan rəsmiləri "Tramp marşrutu"nu müzakirə ediblər
Region21:52
Azərbaycan Basketbol Liqası: "Naxçıvan" XII turu qələbə ilə başa vurub
Komanda21:47
Rza Pəhləvi Trampı İrandakı vəziyyətə müdaxilə etməyə hazır olmağa çağırıb
Region21:38