Azərbaycanda informasiya və rabitə sektorundakı orta aylıq əməkhaqqı açıqlanıb

İKT
  • 16 oktyabr, 2026
  • 14:20
Azərbaycanda informasiya və rabitə sektorundakı orta aylıq əməkhaqqı açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 2 130,2 manat təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 908,6 manat, özəl sektorda isə 2 260,9 manat olub.

2025-ci ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 12,7 %, o cümlədən dövlət sektorunda 18,6 %, özəl sektorda isə 8,5 % artıb.

2026-cı il sentyabr ayının 1-nə sektorda muzdla çalışan işçilərin sayı 34,1 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 0,3 % azdır.