Azərbaycanda əhalinin banklardakı əmanətləri 14 %-ə yaxın artıb
- 04 yanvar, 2025
- 10:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin dekabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 37 milyard 627,1 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,6 %, 2024-cü ilin əvvəlinə nisbətən 1,8 %, illik müqayisədə isə 7,1 % çoxdur.
Depozit portfelin 54,6 %-i, yaxud 20 milyard 556,7 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 0,6 % azdır.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 13,7 % artaraq 14 milyard 235,6 milyon manata çatıb, maliyyə təşkilatlarının depozitləri isə 47,3 % artaraq 2 milyard 834,9 milyon manata çatıb.
Hesabat dövründə cəmi depozitlərin 21 milyard 761,2 milyon manatı (il ərzində 3,9 % azalıb) qısamüddətli, 15 milyard 865,9 milyon manatı (27,1 % artıb) isə uzunmüddətli olub.
Ölkədə 22 bank fəaliyyət göstərir.