Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 21% azalıb

Maliyyə
  • 25 iyun, 2020
  • 11:55
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 21% azalıb

Bu ilin yanvar-may aylarında İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 74,6 milyon manat kredit verib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,6% azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 9,65 dəfə azalaraq 12,6 milyon manat, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsait isə 37,5% artaraq 55 milyon manat olub.

İl ərzində İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə 89% artaraq 75,6 milyon manat olub.

44 - Tezliklə