Azərbaycanda dövlət borcu strategiyasının yenilənməsi təklif olunur

Maliyyə
  • 16 noyabr, 2026
  • 12:55
Azərbaycanda dövlət borcu strategiyasının yenilənməsi təklif olunur

Azərbaycanda dövlət borcu strategiyasının 2027–2030-cu illər üçün yenilənməsinə ehtiyac var.

"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Daxili dövlət borcunun idarə edilməsinə dair 2022-2025-ci illəri əhatə edən orta və uzunmüddətli strategiyanın yekun hissəsində qeyd edilir ki, strategiya 2030-cu ilin sonuna tək olan dövr üçün uzunmüddətli baxışı özündə ehtiva edir. Sənəddə 2030-cu ilin sonuna bir neçə göstərici barədə məlumat verilir. Məsələn, 2025-2030-cu illər üzrə 2 milyard manata qədər dövlət zəmanətinin verilməsi nəzərdə tutulur. Gələn ilin dövlət büdcəsinin layihəsində dövlət zəmanətləri limiti 6 milyard manat göstərilib. 2030-cu ilin sonuna məşğul dövlət zəmanətli maliyyə öhdəliklərinin 16,8 milyard manatadək endirilməsi hədəflənir. Qeyd olunanları nəzərə alaraq hesab edirik ki, dövlət borcunun orta və uzunmüddətli dövrə strateji çərçivəsinin yenilənməsinə, o cümlədən 2027-30-cu illəri əhatə edəcək ölkə strategiyası və büdcə xərcləri üzrə müəyyən edilməli olan fiskal yüktərlə uzlaşdırılaraq işlənməsinə zərurət var", - deyə o qeyd edib.