Azərbaycanda depozitlərin ucuzlaşması davam edir

Maliyyə
  • 10 iyun, 2016
  • 13:37
Azərbaycanda depozitlərin ucuzlaşması davam edir

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının depozitlər üzrə orta faiz dərəcəsi aprel ayında mənfi dinamika nümayiş edib. Hesabat dövründə manat ekvivalentində depozitlər üzrə orta faiz dərəcəsi illik 7,77% təşkil edib. 

"Report" Mərkəzi Banka istinadən xəbər verir ki, xarici valyutada olan depozitlər üzrə orta faiz dərəcəsi apreldə illik 5,84%-ə enib. Xatırladaq ki, martda depozitlər üzrə orta faiz dərəcələri manat ekvivalentində 7,85%, xarici valyutada isə 6,28% olub.

Kommersiya bankları tərəfindən apreldə verilən kreditlər üzrə orta faiz dərəcələri isə milli və xarici valyuta ekvivalentində müvafiq olaraq illik 12,85% və 11,41% təşkil edib. Xatırladaq ki, martda bu göstəricilər müvafiq olaraq 12,89% və 11,64% olub.