Azərbaycanda bu il yeni elektron lotereyalar satışa çıxarılacaq

Maliyyə
  • 04 fevral, 2016
  • 07:48
Azərbaycanda bu il yeni elektron lotereyalar satışa çıxarılacaq

Bakı. 4 fevral. REPORT.AZ/ “Azərlotereya” ASC tərəfindən bu il bazarda yeni lotereyalar satışa çıxarılacaq. “Report” İqtisadiyyat Nazirliyinə istinadən məlumat verir ki, “Azərlotereya” ənənəvi lotereya oyunları ilə yanaşı yeni, “Uğurlu Rəqəm 7”, “5/36” və “6/40” ani lotereyalarının satışa buraxmağı planlaşdırır.

Eyni zamanda, bu il yeni elektron lotereyaların da satışa buraxılması nəzərdə tutulur. Hazırda bu istiqamətdə müvafiq tədbirlər görülür.

Qeyd edək ki, 2015-ci ildə "Azərlotereya" tərəfindən keçirilən lotereya oyunları üzrə ümumilikdə 26,9 mln.-dan artıq bilet satılıb və bundan 27,7 mln. manat vəsait əldə olunub. Bu vəsaitin təxminən 18 mln. manatı (65%) uduş fonduna sərf olunub. 

44 - Tezliklə