Azərbaycanda bank işçilərinin sayı bu il 332 nəfər artıb

Maliyyə
  • 01 iyun, 2018
  • 08:02
Azərbaycanda bank işçilərinin sayı bu il 332 nəfər artıb

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycanın bank sektorunun işçi heyəti bu il mayın 1-nə 16 503 nəfər təşkil edib.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 114 nəfər çoxdur. 

İlin əvvəlinə nisbətən bankl işçilərinin sayı 332 nəfər artıb, son 1 ildə isə 289 nəfər azalıb.