Azərbaycanda avronun məzənnəsi 5 aylıq fasilədən sonra 2 manatdan aşağı düşüb

Maliyyə
  • 21 may, 2018
  • 06:09
Azərbaycanda avronun məzənnəsi 5 aylıq fasilədən sonra 2 manatdan aşağı düşüb

Bakı. 21 may. REPORT.AZ/ Azərbaycanda avronun məzənnəsi ötən il dekabrın 18-dən bəri ilk dəfə 2 manatdan aşağı düşərək 1,9978 manata bərabər olub. 

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. 

Xatırladaq ki, 5 ay bundan əvvəl AZN/EUR nisbəti 1,9994 manat təşkil edib. Məzənnənin bundan əvvəl ən aşağı həddi isə ötən il noyabrın 22-də - 1,9963 manat olmaqla qeydə alınıb. 

44 - Tezliklə