Azərbaycan və OECD arasında əməkdaşlığın inkişafı ilə bağlı yeni Konsepsiya sənədi hazırlanıb

Maliyyə
  • 05 mart, 2026
  • 16:04
Azərbaycan və OECD arasında əməkdaşlığın inkişafı ilə bağlı yeni Konsepsiya sənədi hazırlanıb

Azərbaycanla İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) arasında əməkdaşlığın inkişafı ilə bağlı yeni Konsepsiya sənədi hazırlanıb.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, qurumun rəhbərliyi OECD-nin Avrasiya İdarəsinin rəhbəri Vilyam Tomsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüş çərçivəsində Azərbaycan və OECD arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə hazırlanmış yeni Konsepsiya sənədinin əhatə edəcəyi istiqamətlər, xüsusilə sığorta, kapital bazarları və investisiya fondları kimi sahələr müzakirə edilib.

OECD heyəti qeyd olunan istiqamətlərdə təklif edilən layihələr barədə ətraflı məlumat verib və layihələrin AMB-nin tövsiyəsi əsasında təkmilləşdirilməsinin mümkünlüyünü vurğulayıb. Görüşün davamında layihələrin əhatə dairəsi barədə təkliflər ətrafında müzakirələr aparılıb.

44 filmi