Azərbaycan və İslam Maliyyə Xidmətləri Şurası əməkdaşlıq perspektivlərini nəzərdən keçirib

Maliyyə
  • 22 iyun, 2026
  • 10:55
Azərbaycan və İslam Maliyyə Xidmətləri Şurası əməkdaşlıq perspektivlərini nəzərdən keçirib

Azərbaycan və İslam Maliyyə Xidmətləri Şurası arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarov İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilmiş 51-ci İllik Toplantıları çərçivəsində ölkəmizdə səfərdə olan İslam Maliyyə Xidmətləri Şurasının baş katibi Qiyat Şabsiq ilə görüşüb. Görüş çərçivəsində maliyyə sektorunun inkişaf dinamikası müzakirə olunub, maliyyə inklüzivliyinin genişləndirilməsi, sektorun dayanıqlılığının artırılması istiqamətində həyata keçirilən təşəbbüslər üzrə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.