Azərbaycan və Çili fond bazarı üzrə təcrübə mübadiləsini müzakirə edib

Maliyyə
  • 14 oktyabr, 2026
  • 15:57
Azərbaycan və Çili fond bazarı üzrə təcrübə mübadiləsini müzakirə edib

Azərbaycan və Çili arasında maliyyə bazarları sahəsində mövcud təcrübə, kapital bazarlarının inkişaf istiqamətləri və beynəlxalq təcrübənin öyrənilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

"Report" bu barədə "Bakı Fond Birjası" QSC-yə (BFB) istinadən xəbər verir.

Məlumata görə, qurumun İdarə Heyətinin sədri Ruslan Xəlilov Çilinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xuan Karlos Salazar Alvares ilə görüşüb.

Görüşdə Santiaqo Fond Birjasının fəaliyyəti və kapital bazarının inkişafı üzrə təcrübəsi barədə fikir mübadiləsi aparılması imkanları müzakirə olunub.

Görüş qarşılıqlı məlumat mübadiləsi və maliyyə bazarlarının inkişafına dair təcrübənin bölüşülməsi baxımından əhəmiyyət daşıyıb.