Azərbaycan sığortaçılarının I yarımildə fəaliyyətinin nəticələri müzakirə olunub
- 01 avqust, 2025
- 09:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov sığorta sektorunun rəhbər şəxsləri ilə görüşüb.
"Report" xəbər verir ki, o, bunu "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Görüşdə bu ilin I yarısında sektorun fəaliyyət göstəricilərii nkişaf dinamikası və mövcud çağırışlar ətrafında ətraflı müzakirələr aparılıb. Eyni zamanda, qarşıdakı dövr üçün strateji prioritetlər və həyata keçirilməsi planlaşdırılan təşəbbüslər diqqət mərkəzində olub", - deyə o qeyd edib.
Mərkəzi Bankda sığorta sektorunun rəhbər şəxsləri ilə görüş keçirdik.
— Taleh Kazimov (@TalehKazimov_T) August 1, 2025
Görüş çərçivəsində 2025-ci ilin ilk yarısı üzrə sektorun fəaliyyət göstəriciləri, inkişaf dinamikası və mövcud çağırışlar ətrafında ətraflı müzakirələr aparılmışdır. Eyni zamanda, qarşıdakı dövr üçün strateji… pic.twitter.com/crIehLJcsb