Azərbaycan ötən il dövlət istiqrazları üzrə ödənişlərinin məbləğini açıqlayıb

Maliyyə
  • 13 fevral, 2025
  • 09:45
Azərbaycan ötən il dövlət istiqrazları üzrə ödənişlərinin məbləğini açıqlayıb

2024-cü ildə Azərbaycanın daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsindən əldə olunan vəsait hesabına əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 1 milyard 888,7 milyon manat məbləğində əsas borc ödənişləri investorlara geri qaytarılıb.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə investorlara 170,3 milyon manat məbləğində faiz və diskont ödənişləri həyata keçirilib, “Dövlət borcu haqqında” qanuna uyğun olaraq daxili dövlət borcu üzrə 230,7 milyon manat məbləğində faiz və diskont ödənişləri “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaiti hesabına yerinə yetirilib.