“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis zərəri 59 % azalıb
- 01 iyun, 2022
- 06:12
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycan Mikro-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 207 min manat xalis zərərlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 59,4 % və yaxud 2,5 dəfə azdır.
Ötən il “Azərbaycan Mikro-Kredit”in vergiyəqədərki zərəri 259 min manat (əvvəlki illə müqayisədə 2,5 dəfə az), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 52 min manat (2,4 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə “Azərbaycan Mikro-Kredit”in aktivləri 2,452 milyon manat olub ki, bu da illik müqayisədə 19,6 % çoxdur. Bunun 1,905 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 31,1 % böyüyüb.
Hesabat dövründə “Azərbaycan Mikro-Kredit”in öhdəlikləri 2,2 dəfə artaraq 1,115 milyon manata çatıb, balans kapitalı isə 13,4 % azalaraq 1,338 milyon manata düşüb.
Xatırladaq ki, "Azərbaycan Mikro-Kredit" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,054 milyon manatdır. BOKT-un təsisçisi isə 100 % Tural Məmmədovdur.