“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis zərəri 59 % artıb

Maliyyə
  • 23 may, 2023
  • 13:02
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis zərəri 59 % artıb

“Azərbaycan Mikro-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 328 min manat xalis zərərlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 58,5 % çoxdur.

Ötən il “Azərbaycan Mikro-Kredit”in vergiyəqədərki zərəri 414 min manat (əvvəlki illə müqayisədə 59,8 % çox ), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 86 min manat (65,4 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərbaycan Mikro-Kredit”in aktivləri 8,508 milyon manat olub ki, bu da illik müqayisədə 3,5 dəfə çoxdur. Bunun 6,889 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 3,6 dəfə böyüyüb.

Hesabat dövründə “Azərbaycan Mikro-Kredit”in öhdəlikləri 6,6 dəfə artaraq 7,398 milyon manat, balans kapitalı isə 17 % azalaraq 1,11 milyon manat, o cümlədən nizamnamə kapitalı 4,9 % artaraq 2,154 milyon manat olub.

Xatırladaq ki, "Azərbaycan Mikro-Kredit" 2014-cü ildə yaradılıb. BOKT-un təsisçisi 100 % Elmar Məmmədovdur.

44 - Tezliklə