“Azərbaycan Mikro-Kredit” BOKT ötən ili zərərlə başa vurub
- 31 may, 2024
- 06:38
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycan Mikro-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 69 min manat xalis zərərlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 79 % azdır.
Ötən il “Azərbaycan Mikro-Kredit”in vergiyəqədərki zərəri 58 min manat (əvvəlki illə müqayisədə 86 % az), mənfəət vergisi ödəmələri isə 11 min manat (əvvəlki il qənaət edib) təşkil edib.
Bu il yanvarın 1-nə “Azərbaycan Mikro-Kredit”in aktivləri 17,996 milyon manat olub ki, bu da illik müqayisədə 2,1 dəfə çoxdur. Bunun 16,047 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 2,3 dəfə böyüyüb.
Hesabat dövründə “Azərbaycan Mikro-Kredit”in öhdəlikləri 2,3 dəfə artaraq 16,955 milyon manat, balans kapitalı isə 6,2 % azalaraq 1,041 milyon manat, o cümlədən nizamnamə kapitalı 20,1 % azalaraq 1,722 milyon manat olub.
Xatırladaq ki, "Azərbaycan Mikro-Kredit" 2014-cü ildə yaradılıb. BOKT-un təsisçisi 100 % Elmar Məmmədovdur.