Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları sentyabrda 2 % artıb

Maliyyə
  • 04 oktyabr, 2022
  • 11:19
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları sentyabrda 2 % artıb

Bu il oktyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7 milyard 667,3 milyon ABŞ dolları təşkil edib.

“Report” quruma istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 2,2 % çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 8,4 %, son 1 ildə isə 9 % artıb.