Azərbaycan Mərkəzi Bankının əməkdaşlarını sığortalamış şirkətin adı açıqlanıb

Maliyyə
  • 30 noyabr, 2018
  • 05:10
Azərbaycan Mərkəzi Bankının əməkdaşlarını sığortalamış şirkətin adı açıqlanıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı əməkdaşlarının tibbi sığortalanması məqsədi ilə elan etdiyi açıq tenderin nəticəsini açıqlayıb.

“Report” xəbər verir ki, Tender Komissiyasının noyabrın 12-də qəbul etdiyi qərara əsasən, “AXA MBask” Sığorta Şirkəti ASV tenderin qalibi elan olunub.

Qalib şirkətlə satınalma müqaviləsi imzalanıb.