Azərbaycan Mərkəzi Bankı bu gün bazardan 30 mln. dollar alacaq

Maliyyə
  • 04 aprel, 2016
  • 06:58
Azərbaycan Mərkəzi Bankı bu gün bazardan 30 mln. dollar alacaq

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün, aprelin 4-də müntəzəm keçirdiyi növbəti valyuta hərracında 30 mln. ABŞ dolları həcmində valyuta kütləsi almaq niyyətindədir.

"Report" xəbər verir ki, bu, milli valyutanın devalvasiyaya başladığı son 14 ay ərzində AMB-nin valyuta bazarında ilk manat intervensiyası olacaq.

Qeyd edək ki, bugünkü hərracda AMB-nin kommersiya banklarından ABŞ dolları alaraq son günlərdə sürətlə möhkəmlənən manatın məzənnəsini sabitləşdirmək istədiyi ehtimal edilir. Hərracda AZN/USD məzənnəsinin kəskin dəyişiklik göstərməyəcəyi proqnozlaşdırılır.

44 - Tezliklə