Azərbaycan Mərkəzi Asiya ölkələrinin bank nümayəndələrinin regional toplantısında təmsil olunub

Maliyyə
  • 30 sentyabr, 2025
  • 17:30
Azərbaycan Mərkəzi Asiya ölkələrinin bank nümayəndələrinin regional toplantısında təmsil olunub

Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş Mərkəzi Asiya ölkələrinin bank nümayəndələrinin regional toplantısında iştirak edib.

"Report" AMB-yə istinadən xəbər verir ki, ədr müavini ödəniş xidmətləri sahəsində tənzimləyici çərçivələr üzrə həyata keçirilmiş dəyişikliklər, tənzimləmə və nəzarət texnologiyaları üçün zəruri infrastrukturun formalaşdırılması, həmçinin xüsusi tənzimləmə rejiminin tətbiqi ilə bağlı təmsil etdiyi qurumun təcrübəsini diqqətə çatdırıb.

Tədbirdə ödəniş sistemləri, rəqəmsal maliyyə infrastrukturu, kibertəhlükəsizlik, maliyyə texnologiyaları sahəsinin tənzimlənməsi, həmçinin innovativ həllərin tətbiqi üzrə iştirakçı ölkələrin təcrübələri ətrafında mükakirələr aparılıb.

Toplantı regiondakı mərkəzi banklarla Azərbaycan arasında əməkdaşlığı daha da gücləndirmək, təcrübə mübadiləsini təşviq etmək, ödəniş sistemləri və rəqəmsal maliyyə texnologiyaları sahələrində birgə təşəbbüslərin genişləndirilməsinə dəstək vermək məqsədilə təşkil olunub.

Tədbir çərçivəsində V.Xəlilovun Özbəkistan Mərkəzi Bankı sədrinin I müavini Nodirbek Saydullayev ilə ikitərəfli görüşü keçirilib. Görüşdə qurumlar arasında münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti