Azərbaycan manatının real effektiv məzənnəsi iyulda azalıb

Maliyyə
  • 26 avqust, 2023
  • 08:38
Azərbaycan manatının real effektiv məzənnəsi iyulda azalıb

Bu ilin avqust ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 99,8 bənd təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,1 bənd, ilin əvvəlinə nisbətən 4,6 bənd, ötən il avqustun 1-i ilə müqayisədə isə 5,4 bənd çoxdur.

İyulun sonuna manatın real effektiv məzənnəsi isə 122,4 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,9 bənd az, ilin əvvəlinə nisbətən 0,1 bənd, illik müqayisədə isə 5,2 bənd çoxdur.

44 - Tezliklə