Azərbaycan manatının dövretmə sürəti cüzi artıb

Maliyyə
  • 30 mart, 2024
  • 12:35
Azərbaycan manatının dövretmə sürəti cüzi artıb

Bu il martın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,25 bənd təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 0,05 bənd çox, ilin əvvəlinə nisbətən 0,23 bənd az, illik müqayisədə isə 0,85 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

44 - Tezliklə