Azərbaycan manatının dövretmə sürəti artıb

Maliyyə
  • 29 yanvar, 2022
  • 05:22
Azərbaycan manatının dövretmə sürəti artıb

Bu il yanvarın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,89 bənd təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin dekabrın 1-i ilə müqayisədə 0,02 bənd, yanvarın 1-nə nisbətən isə 0,32 bənd çoxdur.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.