İtaliyada oktyabrın sonuna qədər davam edəcək ümummilli tətil başlayıb
- 02 oktyabr, 2026
- 11:10
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyada bu gün nəqliyyat, metallurgiya, təhsil, səhiyyə, bələdiyyə xidmətləri və s. sahələri əhatə edəcək ümummilli tətil ayı başlayır.
"Report" xəbər verir ki, bu barədə "Rai News" məlumat yayıb.
Bu sahələrin işçiləri maaşların artırılmasını, yanacaq və ərzaq qiymətlərinin aşağı salınmasını, vergi yükünün azaldılmasını, İtaliya biznesinin rəqabətqabiliyyətliliyinin artırılması üçün tədbirlərin görülməsini tələb edirlər.
Həmin sahələrin əksəriyyəti üçün aksiya bütün iş günü üçün nəzərdə tutulub. Dəmir yolunda tətil üç saat davam edəcək. Bu müddət ərzində qatarların gecikməsi və ləğv edilməsi mümkündür.
İtaliyanın İnfrastruktur və Nəqliyyat Nazirliyi aksiyanı dövlət və özəl sektor işçilərinin milli sahələrarası tətili kimi təsnif edir.
Tətillərə hüquq-mühafizə orqanlarının əməkdaşları da qoşula bilərlər.