Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 23% artıb

Maliyyə
  • 16 iyun, 2023
  • 08:54
Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 23% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycandakı xarici müəssisə və təşkilatlar əsas kapitala 1 546,6 milyon manat vəsait yönəldib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 % çoxdur.

5 ay ərzində xarici investisiyaların 1 479,1 milyon manatı (95,8 %-i) Böyük Britaniya, Fransa, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Rusiya, Norveç və İran sərmayədarlarına məxsus olub.