Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 24 %-ə yaxın artıb
- 25 may, 2024
- 08:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il mayın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 25 milyard 984,5 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,1 % çox, ilin əvvəlinə nisbətən 8,4 %, illik müqayisədə isə 23,7 % çoxdur.
Kredit qoyuluşunun 18 milyard 444,4 milyon manatı və yaxud 71 %-i özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 13,1 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 6 milyard 200,1 milyon manat təşkil edib. Bu, illik müqayisədə 52,3 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 19,4 %-dən 23,9 %-ə qalxıb.
Aprelin sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 1 milyard 340,1 milyon manat olub. Bu, illik müqayisədə 2,1 dəfə çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 3 %-dən 5,2 %-ə çatıb.
Azərbaycanda 23 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 55-dir.