Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 23 %-dən çox artıb
- 30 iyul, 2022
- 13:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il iyulun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 18 milyard 818,2 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,3 %, yanvarın 1-nə nisbətən 9,9 %, ötən ilin iyulun 1-i ilə müqayisədə 23,3 % çoxdur.
Kredit qoyuluşunun 14 milyard 592,4 milyon manatı və yaxud 77,5 %-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 21,9 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 3 milyard 727,6 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 29,3 % çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 18,9 %-dən 19,8 %-ə qalxıb.
Bu il iyun ayının sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 498,2 milyon manat olub. Bu isə illik müqayisədə 24,2 % çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə dəyişməyərək 2,6 % olub.
Azərbaycanda 26 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir.