Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 22 %-dən çox artıb

Maliyyə
  • 30 may, 2022
  • 07:53
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 22 %-dən çox artıb

Bu il mayın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 18 milyard 320 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,7 %, yanvarın 1-nə nisbətən 7 %, ötən ilin mayın 1-i ilə müqayisədə 22,2 % çoxdur.

Kredit qoyuluşunun 14 milyard 243,3 milyon manatı və yaxud 77,7 %-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 21,1 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 3 milyard 597,1 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 26,3 % çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 19 %-dən 19,6 %-ə qalxıb.

Bu il aprel ayının sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 479,6 milyon manat olub. Bu isə illik müqayisədə 27,7 % çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə 2,5 %-dən 2,6 %-ə qalxıb.

Azərbaycanda 26 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir.

44 - Tezliklə