Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 21 % artıb

Maliyyə
  • 03 yanvar, 2023
  • 08:27
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 21 % artıb

Ötən il dekabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 20 milyard 218,7 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1 %, ötən il yanvarın 1-nə nisbətən 18,1 %, 2021-ci ilin dekabın 1-i ilə müqayisədə 21,1 % çoxdur.

Kredit qoyuluşunun 15 milyard 775,8 milyon manatı və yaxud 78 %-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 20,9 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 3 milyard 898,4 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 20,4 % çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 19,4 %-dən 19,3 %-ə enib.

2022-ci il noyabr ayının sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 544,5 milyon manat olub. Bu isə illik müqayisədə 30,1 % çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə 2,5 %-dən 2,7 %-ə çatıb.

Azərbaycanda 25 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 55 təşkil edir.

44 - Tezliklə