Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 17 %-dən çox artıb

Maliyyə
  • 20 mart, 2023
  • 05:56
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 17 %-dən çox artıb

Bu il fevralın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 20 milyard 259,2 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,4 %, 2022-ci ilin fevralın 1-i ilə müqayisədə 17,5 % çoxdur.

Kredit qoyuluşunun 15 milyard 753,5 milyon manatı və yaxud 77,8 %-i özəl bankların payına düşüb. Bu, illik müqayisədə 17,7 % çoxdur.

Hesabat dövrünə dövlət banklarının kredit qoyuluşu isə 3 milyard 916,1 milyon manat təşkil edib. Bu, 1 il əvvələ nisbətən 15,4 % çoxdur. Dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 19,7 %-dən 19,3 %-ə enib.

Bu il yanvar ayının sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 589,6 milyon manat olub. Bu, illik müqayisədə 28 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 2,7 %-dən 2,9 %-a çatıb.

Azərbaycanda 25 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 55 təşkil edir.

44 - Tezliklə