Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 15 % artıb

Maliyyə
  • 13 aprel, 2026
  • 13:56
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 15 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 4 milyard 49,8 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 14,9 % çox investisiya yönəldilib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, o cümlədən, son 1 ildə neft-qaz sektoruna investisiyalar real ifadədə 44,6 % artaraq 1 milyard 525,9 milyon manat, qeyri neft-qaz sektoruna investisiyalar isə real ifadədə 2,2 % artaraq 2 milyard 523,9 milyon manat təşkil edib.

Əsas kapitala yönəldilmiş investisiyalar məhsul istehsalı sahələri üzrə real ifadədə 23,9 % artaraq 2 milyard 286,6 milyon manat, xidmət sahələri üzrə real ifadədə 27,3 % artaraq 1 milyard 252,8 milyon manat, yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyalar isə real ifadədə 26,6 % azalaraq 510,4 milyon manat olub.

44 filmi