Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 11 %-ə yaxın artıb
- 10 avqust, 2026
- 15:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala 11 milyard 111,9 milyon manat investisiya yönəldilib.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,7 % çoxdur.
O cümlədən, son 1 ildə neft-qaz sektoruna investisiya qoyuluşu 33,6 % artaraq 3 milyard 708,6 milyon manat, qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 1,9 % artaraq 7 milyard 403,3 milyon manat təşkil edib.
Əsas kapitala yönəldilmiş investisiyaların məbləği məhsul istehsalı sahələri üzrə real ifadədə 17,3 % artaraq 6 milyard 6,6 milyon manat, xidmət sahələri üzrə real ifadədə 4 % artaraq 3 milyard 521 milyon manat, yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyaların məbləği isə real ifadədə 3,4 % artaraq 1 milyard 584,3 milyon manat olub.