Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 1 % artıb
- 14 oktyabr, 2025
- 12:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 13 milyard 048,1 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çox investisiya yönəldilib.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 11,5 % azalıb, qeyri neft-qaz sektoruna investisiyalar isə 7 % artıb.
9 ayda istifadə olunmuş investisiyanın 6 milyard 647,6 milyon manatı və yaxud 51 %-i məhsul istehsalı sahələrinə, 4 milyard 298,5 milyon manatı və yaxud 32,9 %-i xidmət sahələrinə, 2 milyard 102 milyon manatı və yaxud 16,1 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların 10 milyard 057,3 milyon manatı və yaxud 77,1 %-ni daxili investisiyalar olub, 10 milyard 280,2 milyon manatı və yaxud 78,8 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.