Azərbaycan iqtisadiyyatı cüzi böyüyüb
- 12 may, 2026
- 12:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 875,1 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 0,2 % çoxdur.
O cümlədən, son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 0,9 % azalaraq 12 milyard 135 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 0,7 % artaraq 27 milyad 740,1 milyon manata çatıb.
ÜDM istehsalının 35,7 %-i sənaye, 10,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 4,9 %-i tikinti, 3,5 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 %-i informasiya və rabitə sahələrinin, 22,8 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,1 %-ni təşkil edib.
Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər real ifadədə 9 %, nəqliyyat və anbar təsərrüfatı sahələrində 4,5 %, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,7 %, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 2,5 %, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2 %, sənayedə 0,6 %, digər xidmət sahələrində 0,5 % artıb, tikintidə isə 19 % azalıb.