Azərbaycan hökuməti gələn il işığı və suyu bahalaşdırmaq niyyətində deyil

Maliyyə
  • 07 noyabr, 2017
  • 10:10
Azərbaycan hökuməti gələn il işığı və suyu bahalaşdırmaq niyyətində deyil
Maliyyə naziri Samir Şərifov
Report

Bakı. 7 noyabr. REPORT.AZ/ Gələn il dövlət büdcəsində "Azərişıq"ASC-yə 55 mln. manat ssuda verilməsi, "Azərsu" ASC-yə isə 22 mln. manat vəsait ayrılması nəzərə tutulur. Bu da əsasən tarif strukturları ilə bağlıdır. 

"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib. 

"Tarifləri artıra bilmirik, çünki, bu, əhalinin maddi güzəranına bilavasitə təsir edir. Bu isə həmin qurumların maliyyə vəziyyətinə mənfi təsir göstərir. Ona görə də, çalışmalıyıq ki, kompromis variant tapaq".