Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalını 14 %-dən çox artırıb
- 21 sentyabr, 2026
- 14:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstandan 124,242 milyon ABŞ dolları dəyərində yerli istehsal malları idxal edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,2 % çoxdur.
"Report" bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Azərbaycana tədarük qonşu ölkənin yerli məhsul ixracının 3,8 %-ni təşkil edib.
Hesabat dövründə Gürcüstan ümumilikdə 3 286,559 milyon ABŞ dolları dəyərində yerli istehsal malı ixrac edib. Bu isə bir il əvvələ nisbətən 63,5 % çoxdur.
Gürcüstanın yerli məhsulların ixracında əsas tərəfdaşları Çin (529,103 milyon ABŞ dolları; 3 dəfə çox), Rusiya (468,324 milyon ABŞ dolları; 4 % çox), Türkiyə (297,312 milyon ABŞ dolları; 60,2 % çox), Bolqarıstan (162,734 milyon ABŞ dolları; 10 % çox) Ermənistan (143,499 milyon ABŞ dolları; 22,5 % çox) və Toqo (136,742 milyon ABŞ dolları; əvvəlki il olmayıb) olub.