Azərbaycan əhalisinin gəlirləri 7%-ə yaxın artıb

Maliyyə
  • 15 aprel, 2020
  • 12:02
Azərbaycan əhalisinin gəlirləri 7%-ə yaxın artıb
Report

Bu ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 13 442,5 milyon manat təşkil edib.

Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,8% çoxdur.

Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 5,8% artaraq 1 350,2 manata çatıb.