Azərbaycan BOKT-unun istiqrazları üzrə hərracın tarixi açıqlanıb
- 23 dekabr, 2021
- 06:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Dekabrın 27-də "Bakı Fond Birjası" QSC-də (BFB) “FİNKA Azərbaycan" MMC bank olmayan kredit təşkilatının (BOKT) istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə Birjaya istinadən xəbər verir.
Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 manat olan 3 000 ədəd, yəni 3 milyon manatlıq faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək və 2 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 12,5%-dir. Faizlər 3 aydan bir ödəniləcək. Prosesin anderrayteri "Azfinance İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.