Azərbaycan BOKT-u illik mənfəətini 3 milyon manata çatdırmaq istəyir

Maliyyə
  • 21 sentyabr, 2021
  • 07:54
Azərbaycan BOKT-u illik mənfəətini 3 milyon manata çatdırmaq istəyir

“TBC Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) bu ilin I yarısını 943 min manat mənfəətlə başa vurub.

“Report” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə çoxdur.

Bu il iyulun 1-nə yanvar-iyun aylarında “TBC Kredit”in aktivləri 13,914 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 9,1 % azdır. Bunun 10,367 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə BOKT-un kredit portfeli 14,4% kiçilib.

Hesabat dövründə "TBC Kredit"in öhdəlikləri 35,5 % azalaraq 4,78 milyon manata düşüb, balans kapitalı isə 17,8 % artaraq 9,135 milyon manata çatıb.

BOKT bu il və gələn il üçün mənfəət proqnozlarını da açıqlayıb. Kredit təşkilatı 2021-ci ili 2,281 milyon manat, 2022-ci ili isə 3 milyon manat mənfəətlə başa vurmağı planlaşdırır. Bu isə 2020-ci illə müqayisədə müvafiq olaraq 6 dəfə və 7,9 dəfə artım deməkdir.

44 - Tezliklə