Azərbaycan BOKT-u illik 8 %-lə, 500 min manatlıq istiqraz buraxır
- 23 yanvar, 2023
- 07:00
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azkredit” ASC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) istiqrazlarını yerləşdirməyə hazırlaşır.
“Report” bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.
Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd, yəni 500 min manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir.
Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 8 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "InvestAZ İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.