Azərbaycan BOKT-u 3 milyon manatlıq istiqraz buraxır
- 09 oktyabr, 2023
- 11:12
Yeniliklərdən dərhal xəbərdar olun!
“İnternational” ASC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) 2 partiya istiqraz yerləşdirməyə hazırlaşır.
"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.
Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd, yəni 1 milyon manatlıq və hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd, yəni 2 milyon manatlıq, ümumilikdə 3 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar 18 tədavüldə olacaq. Onların illik gəlirliliyi müvafiq olaraq 18 % və 13 %-dir. Faizlər müvafiq olaraq rüblük və aylıq ödəniləcək.
Hər iki prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC -dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.